“Fənərbaxça”da daha bir istefa gerçəkləşib.
“Qafqazinfo” xəbər verir ki, vitse-prezidenti Erol Bilecik postundan gedib.
O, bunu sosial şəbəkə hesabından açıqlayıb.
Qeyd edək ki, E. Bilecik 2020-ci ildən “Fənərbaxça”da işləyirdi.
Xatırladaq ki, bundan əvvəl də klubun İdarə Heyətinin üzvü, vitse-prezident Acun Ilıcalı da istefa vermişdi.