AZ

Çin avtomobilləri almaq istəyənlərin DİQQƏTİNƏ!

Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 37 yaşlı kişinin meyiti aşkarlanıb.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə sanatoriyada qeydə alınıb. Məlum olub ki, vəfat edən şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Z.Kafarovdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, Z.Kafarov ürək tutmasından dünyasını dəyişib.

Məlumata əsasən, o, Özbəkistandan Naftalana istirahət məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
7
avtosfer.az

10Mənbələr