“İmişli” futbolçusu Dioqo Vaskes Rollo ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
“İmişli” daha öncə Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev və İmam Əlini transfer edib.