AZ

Əminə Erdoğan Tayyib bəyi qucaqlayıb, ağladı: Türkiyədə yeni dövrün başlanğıcı – TƏSİRLİ VİDEO

Türkiyə tarixində yeni səhifə açılır.

Musavat.com Anadolu Agentliyinə istinadla bildirir ki, Prezident Rəcəb Tayyib Erdoğan AK Partinin Ankara Kızılcahamamdakı 32-ci İstişare və Dəyərləndirmə Toplantısında çıxış edərək, ölkədə böyük dəyişikliklərin başladığını bəyan edib.

“Bugün böyük və güclü Türkiyənin şəfəqi sökülür. İndi silahlarla, şiddətlə deyil, sevgi və qardaşlıq üçün oturub danışacağıq. Aramızdakı terror maneəsini qaldıraraq, üz-üzə, könül-könülə danışacağıq,” – deyə Erdoğan xüsusi vurğu ilə bildirib.

O, ittifaq ortağı MHP lideri Dövlət Baxçelinin dəstəyi ilə “Terörsüz Türkiye” layihəsini həyata keçirməkdə qərarlı olduqlarını qeyd edib. Prezident 47 illik qanlı terror kabusunun artıq sona çatmaq üzrə olduğunu deyərək əlavə edib: “Dünən etibarilə Türkiyə uzun, acılı, gözyaşları ilə dolu bir səhifəni bağlamağa başladı. Bugün tarixdə yeni bir gündür.”

Erdoğan çıxışında həmçinin Türkiyə dövlətinin şərəfini heç vaxt tapdatmayacaqlarını vurğulayıb: “Kim nə deyir desin, biz nə etdiyimizi çox yaxşı bilirik və yalnız Türkiyənin xeyrinə çalışırıq.”

Toplantıya Prezident Erdoğan həyat yoldaşı Əminə Erdoğan ilə birlikdə qatılıb. Onlar salona daxil olarkən partililər tərəfindən böyük sevgi ilə qarşılanıblar. Prezident kürsüdən enəndə isə Əminə Erdoğan duyğularına hakim ola bilməyib, göz yaşları içində Tayyib bəyi qucaqlayıb. Bu təsirli anlar zalda duyğulu atmosfer yaradıb və kameralara da belə əks olunub.

Musavat.com həmin o duyğulu videonu təqdim edir:

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr