AZ

Çayda boğulub ölən Səfiyənin FOTOsu – YENİLƏNİB

Xəbərə foto əlavə olunub.

——–

18:48

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

Editor.az  APA-ya istinadən bildirir ki, hadisə günorta saatlarında Tala çayının rayonun Yuxarı Tala kəndinin inzibati ərazisinin Meşleş adlanan hissəsindən axan hissəsində baş verib. Rayonun Yuxarı Tala kənd sakini Əfəndi İsmayılov ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarında oturublar. İstirahət zamanı valideynlərinin gözündən yayınan azyaşlı qızı 2023-cü il təvəllüdlü Səfiyyə Əfəndi qızı İsmayılova çaya düşüb və azyaşlını su aparıb. Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz şöbəsinə aparılıb. Müayinə zamanı 2 yaşlı qızda heç bir həyat əlaməti olmadığı müəyyən olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
6
17
editor.az

10Mənbələr