AZ

“Real” Rəşadla müqavilə imzaladı

“Real” 20 yaşlı mərakeşli mərkəz hücumçusu Rəşad Fettalı “Almeriya”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın düşərgəsinə qatıb.

Arena.az bu barədə İspaniya nəhənginin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Kral klubuna” 900 min avro məbləğ müqabilində başa gəlib.

Fettal “Real Madrid Kastiya”da çıxış edəcək, təkmilləşəcəyi halda, “qaymaqlılar”ın əsas komandasına keçiriləcək.

Rəşad Fettal “Almeriya”nın məzunudur.

2024/2025-ci illər mövsümündə Fettal “Almeriya” üçün 19 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Fettalın “kovboylar”ın heyətində çıxışının ümumi mənzərəsi isə 21 oyun 1 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Rəşad Fettal 2023-cü ilin sentyabr ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 7 oyuna 2 qolla fərqlənib.

Fettal böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı mərakeşli mərkəz hücumçusunun transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Seçilən
19
arena.az

1Mənbələr