Qərb mediasında Rusiya Prezidenti Vladimir Putinin İranı ABŞ ilə nüvə sazişi imzalamağa, uranın zənginləşdirilməsindən tamamilə imtina etməklə razılaşmağa çağırdığına dair iddialar doğru deyil.
Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Tehran Putindən belə bir mesaj almayıb və bu məsələ Moskva ilə Tehran nümayəndələrinin son görüşündə müzakirə olunmayıb.
Qeyd edək ki, daha əvvəl "Axios" nəşri iddia etmişdi ki, Putin bu mövqeyini ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronla telefon danışığında ifadə edib. Həmçinin, Rusiya İsrail rəhbərliyini də bu barədə məlumatlandırıb.