AZ

Əl Şaraanın Azərbaycana səfəri başa çatdı

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri iyulun 12-də başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıb.

Seçilən
7
49
operativmm.az

10Mənbələr