Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün, iyulun 12-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Qalereya
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.