AZ

Deputat: Fransanın liberal-demokratik modeli Makronun sayəsində dərin sarsıntılarla üz-üzədir

Fransanın liberal-demokratik modeli Makronun sayəsində dərin sarsıntılarla üz-üzədir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, son illərdə Fransa siyasətində müşahidə olunan bir sıra hadisələr bu ölkənin liberal-demokratik modelinin dərin sarsıntılarla üz-üzə olduğunu göstərir:

Olivier Marleixin müəmmalı ölümü Fransa hökumətinə etimadı sarsıdıb

“Xüsusilə Fransa ictimaiyyətində və beynəlxalq mediada Emmanuel Makronun adı ətrafında qalmaqallar və müəmmalı hadisələrin yenidən gündəmə gəlməsi onun Prezident kimi nüfuzuna böyük zərbədir. Fransanın sağ mərkəzçi Les Republicains partiyasının üzvü Olivier Marleixin bu yaxınlarda evində ölü tapılması da fransız cəmiyyətində Makron hökumətinə qəzəbi daha da artırdı. Hadisə rəsmi olaraq intihar kimi qeydə alınsa da, onun hakimiyyətin siyasətini tənqid etməsi və bir neçə ay əvvəl Makron hökumətini ittiham edən çıxışları bu ölüm hadisəsini şübhəli edir. Əslində bu tip hadisələr beynəlxalq aləmdə daha çox Rusiya hökumətinə xasdır. Rusiyada illərdir müxalifət nümayəndələrinin müəmmalı şəkildə ya zəhərlənməsi, ya da özlərini “təsadüfən” pəncərədən atması hallarına rast gəlinir. Fransa isə özünü liberal demokratiyanın beşiyi kimi təqdim edir və belə bir ölkədə bu cür hadisələrin baş verməsi ictimai fikirdə ciddi şübhələr yaradır. Fransa Makronun hakimiyyəti dönəmində çox ciddi şəkildə nüfuzunu itirib və öz mövqelərini itirməkdə davam edir”.

Fransanın dünyada mövqeləri zəifləyir

Müşfiq Cəfərov qeyd edib ki, Fransanın müstəmləkə dövlətlərindən rüsvayçı şəkildə qovulması məhz Makronun dövrünə təsadüf edir: “Azərbaycana qarşı təzyiqlər də heç bir nəticə vermədi və Azərbaycanın atdığı addımlar nəticəsində Fransanın kəşfiyyat şəbəkəsi ifşa olundu. Bununla da Makronun növbəti dəfə dünyada rüsvay olmasını gördük. Emmanuel Makronun Fransa tarixində ən uğursuz siyasətçi olduğunu deyə bilərik”.

Makron ən rüsvayçı liderlərdən biri kimi dünya tarixinə düşüb

Deputat vurğulayıb ki, Makron ən rüsvayçı liderlərdən biri kimi dünya tarixinə düşüb: “İstər ailə münasibətlərinə görə, istərsə də uğursuz xarici siyasətinə görə o fransızlar tərəfindən bacarıqsız bir prezident kimi xatırlanacaq. Hazırkı postu onun potensialına, səviyyəsinə və xarakterinə uyğun deyil. Təbii ki, Makron siyasətdən gedəcək, amma onun timsalında Fransanın qlobal siyasətdə nüfuzunu itirməsi reallıqdır. Bu isə Fransanın yaxın 5-10 ildən sonra əvvəlki mövqeyində olmayacağını, regional dövlətə çevriləcəyini deməyə əsas verir”.

Seçilən
9
apa.az

1Mənbələr