AZ

"Barselona" "Çelsi"nin hücumçusunu icarəyə götürmək istəyir

"Barselona" "Çelsi"nin hücumçusu Nikolas Ceksonu icarəyə götürməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu forvardı 36 yaşlı Robert Levandovskinin əvəzləyicisi kimi görür. "Çelsi" oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir, lakin "katalonlar" oyunçunun icarəyə götürülməsi variantını müzakirə etmək istəyir.

Cekson 2023-cü ilin yayından “Çelsi”də çıxış edir. 2024/25 mövsümündə 24 yaşlı seneqallı bütün turnirlərdə 37 matça çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədərdir.

"Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Seçilən
5
operativmedia.az

1Mənbələr