"Brentford" yaxın günlərdə təcrübəli ingilis yarımmüdafiəçi Cordan Hendersonun transferini rəsmən açıqlayacaq.
90deqiqe.Az-ın “BBC"ə istinadən yaydığı xəbərə görə, azad agent statusunda olan futbolçu bu keçidlə İngiltərə millisinin diqqətində qalaraq, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında iştirak etməyi hədəfləyir.
33 yaşlı futbolçu son iki ildir Premyer Liqada çıxış etmir. 2023-cü ildə uzun illər formasını geyindiyi, kapitanı olduğu “Liverpul”dan ayrılan Henderson əvvəlcə Səudiyyə Ərəbistanında “Əl-İttifaq” klubunda Stiven Cerrardın rəhbərliyi altında çıxış edib. Daha sonra karyerasını Niderlandın “Ayaks” komandasında davam etdirib.