AZ

ABŞ avqustun 1-dən Aİ və Meksikadan gələn mallara 30 faiz rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp Meksika və Avropa İttifaqından (Aİ) gələn mallara 30% rüsum tətbiq etdiyini açıqlayıb.

“Report”un məlumatına görə, o, bu barədə şənbə günü Mexiko və Brüsselə göndərdiyi iki mesajda bildirib.

“Avqustun 1-dən etibarən biz Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq üçün Aİ ölkələrindən gələn mallara cəmi 30% rüsum tətbiq edəcəyik”, - o yazıb.

Eyni zamanda Tramp danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib.

Oxşar mesajı Mexikoda da alıblar. Məktubların surətləri ABŞ Prezidentinin “Truth Social” şəbəkəsindəki hesabında dərc edilib.
Seçilən
6
1
sherg.az

10Mənbələr