AZ

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəldi

QUSAR, 12 iyul. TELEQRAF

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəlib.

Teleqraf-ın "Şahdağ" Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti çərçivəsində 4 yeni üzv qəbul olunub.

Bunlar Azərbaycanın "Tufandağ" Dağ Kurortu, Türkiyənin "Ərciyəz" Dağ Kurortu, Türkiyənin "Ejder 3200 World Ski Center" və Qazaxıstanın "Oi-Qaragai" kurortudur.

Bundan başqa, sammit çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Xizəkçi Jurnalistlər Klubu yaradılıb.

Qeyd edək ki, daha əvvəl ittifaqa Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ Kurortları üzv idi.

Seçilən
26
2
teleqraf.com

5Mənbələr