AZ

"Kəpəz"dən Ehtiram Şahverdiyev QƏRARI

"Kəpəz" futbolçusu Ehtiram Şahverdiyev ilə müqaviləni yeniləyib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son iki mövsümdə "Kəpəz"də çıxış edən futbolçu ilə bir illik anlaşma imzalanıb.

Müdafiəçi mövqeyində oynayan Şahverdiyev 2024/25 mövsümündə "Kəpəz"in heyətində 35 oyun keçirib. Ehtiram 2023/2024-cü illər mövsümündə isə 31 matça çıxaraq iki qol vurub.

Qeyd edək ki, "Kəpəz" bunadək Mahamadu Ba və Paçu Lira ilə müqaviləni uzadıb.

Bizim.Media

Seçilən
4
1
bizim.media

6Mənbələr