Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
"Barselona" sabiq oyunçusu Lionel Messi üçün vida matçının hazırlığına başlayıb.
Qaynarinfo bu barədə "Catalunya Radio"suna istinadən xəbər verir.
Klub 2026/27 mövsümünün sonunda keçirilməsi planlaşdırılan matçın keçirilməsi üçün artıq Messidən ilkin razılıq alıb.
Messi "Barselona"nın yetirməsidir. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi "Barselona"nın heyətində dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina ilə Dünya Kubokunu qzanıb, iki dəfə Amerika Kubokunun qalibi və səkkiz dəfə "Qızıl top”un qalibi adına saib çıxıb.
O, daha sonra PSJ və "İnter Mayami"də çıxış edib.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.