AZ

Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır - Əhməd əl-Şaraa

Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib. 

Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu dedi.

Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğuladı.

Seçilən
5
4
day.az

5Mənbələr