AZ

Hindistanda təyyarə qəzası ilə bağlı ilkin hesabat açıqlanıb

Hindistanın Mülki Aviasiya Qəzalarını Araşdırma Bürosunun rəhbərliyi ilə aparılan və yekun hesabatın 12 ay ərzində dərc olunması gözlənilən ilkin araşdırmada ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkəti, mühərrik istehsalçısı “General Electric”, “Air India” hava yolu şirkəti və mülki aviasiya üzrə mütəxəssislər iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

İctimaiyyətə təqdim olunan ilkin araşdırma hesabatına əsasən, təyyarə qəzası ilə bağlı aparılan ilk yoxlamalarda uçuşdan dərhal sonra təyyarənin mühərriklərinə yanacaq axınının dayandığı müəyyən edilib.

Təyyarənin “qara qutu”sundan əldə edilən məlumatlara görə, havaya qalxdıqdan bir neçə saniyə sonra hər iki mühərrikə yanacaq ötürən idarəetmə düymələri “işə sal” rejimindən “söndür” rejiminə keçirilib. Bu isə hər iki mühərrikin dayanmasına və təyyarənin itki gücünü (itiş gücünü) itirməsinə səbəb olub.

Hesabatda yer alan kokpitdaxili səs yazılarına əsasən, yanacaq axınının dayanmasından dərhal sonra pilotlardan biri digərinə “Niyə söndürdün?” deyə sual verir, digər pilot isə “Mən söndürmədim.” cavabını verir.

İdarəetmə düymələrinin yenidən “normal uçuş” rejiminə keçirildiyi və mühərriklərin avtomatik olaraq yenidən işə düşdüyü qeyd edilən ilkin hesabatda, mühərriklərdən birinin yenidən itiş gücü yaratmağa müvəffəq olduğu, lakin bu gücün təyyarənin idarə olunması üçün kifayət etmədiyi bildirilir.

Normal hallarda mühərriklərə yanacaq axınının dayandırılmasının enişdən sonra və ya mühərrikdə baş verən yanğın kimi fövqəladə hallarda tətbiq edildiyi qeyd olunan hesabatda, bu prosesin uçuş zamanı baş verməsinin “qeyri-adi hal” olduğu vurğulanır.

İlkin hesabatda, təyyarədə və ya mühərriklərində hər hansı struktur nasazlığın aşkar olunmadığı, mövcud müşahidələrə əsasən Boeing 787-8 tipli təyyarələrə və General Electric istehsalı olan GEnx-1B mühərriklərinə xüsusi xəbərdarlıq və əlavə tədbirlərin tətbiqinə ehtiyac olmadığı qeyd olunub.

Seçilən
6
operativmedia.az

1Mənbələr