AZ

“Bayer” amerikalı futbolçunun transferini tamamladı

ABŞ millisinin yarımmüdafiəçisi Malik Tilman karyerasını Almaniyada davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki,  23 yaşlı futbolçunun PSV-dən Leverkuzenin “Bayer” klubuna transferi rəsmiləşib. Bu barədə “Bayer”in mətbuat xidməti məlumat yayıb.

Futbolçunun yeni klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Tilmanın transferinin 32 milyon avro qarşılığında reallaşdığı bildirilib.

Tilman geridə qalan mövsümdə Erediviziyada 26 oyuna çıxaraq 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. ABŞ milli komandasında isə 2022-ci ildən forma geyinir, indiyədək 25 matçda iştirak edib, 3 qol və 3 assistlə fərqlənib.

Seçilən
10
90deqiqe.az

1Mənbələr