AZ

İrəvan Türkiyədən dəstək almağı hədəfləyir Deputat

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan və Türkiyənin iştirakı olmadan, Zəngəzur dəhlizində təhlükəsizliyi təmin etmək olmaz.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, Nikol Paşinyan və İlham Əliyev arasında keçirilən birbaşa görüşdə də əsas mövzulardan biri məhz Zəngəzur dəhlizi olub:

“İlham Əliyev və Nikol Paşinyan arasında ikitərəfli görüşün keçirilməsi olduqca əhəmiyyətlidir. Bu görüş əvvəlkilərdən daha uzun müddətli oldu. Tərəflər təxminən 5 saatdan artıq müzakirələr apardılar. Bir çox məsələlər, Zəngəzur dəhlizi, kommunikasiya xəttlərinin açılması, demarkasiya-delimitasiya prosesi müzakirə edilib. Təbii ki, bağlı qapı arxasında mətbuata açıqlanmayan digər məsələlərin də müzakirə edildiyi istisna edilmir. Xüsusən Zəngəzur dəhlizinə nəzarətlə bağlı məsələ hesab edirəm ki, əsas müzakirə mövzularından biridir. Bundan öncə Nikol Paşinyan Türkiyəyə səfər etdi, Ərdoğanla görüşdü. Daha sonra digər Ermənistan rəsmiləri Türkiyəyə getdilər. Bu səfərlər daha çox Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Görünən budur ki, Ermənistan müəyyən məsələlərdə Türkiyədən dəstək almağı hədəfləyir. Ermənistan enerjini Rusiyadan alır, ona görə müəyyən qədər narahatlıqları var. Əsas məsələlərdən biri Zəngəzur dəhlizində təhlükəsizliyi kimin təmin edəcəyidir. Bu təkcə Ermənistan ola bilməz. Rusiya bunu etmək istəyirdi, amma nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına uyğun deyil. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın iştirakı olmadan, nəqliyyat qovşağında təhlükəsizliyi təmin etmək mümkün deyil”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
demokrat.az

2Mənbələr