AZ

Dünyanın ən yaxşı klubu seçildi


“Opta” analitik portalı dünyanın ən yaxşı klublarının siyahısını hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, Fransanın PSJ klubu maksimum 100 xal toplayaraq, siyahıda ilk yeri tutub. İkinci yerdə 99,27 xalla İngiltərənin “Liverpul” klubu qərarlaşıb. İlk üçlüyü isə 98,79 xalla İngiltərənin “Arsenal” klubu tamamlayıb.
Qeyd edək ki, klublararası dünya çempionatının yarımfinal matçında PSJ İspaniyanın “Real Madrid” klubunu darmadağın edib. İst-Raterforddakı "Midoulends" stadionunda keçirilən görüş 4:0 hesabı ilə başa çatıb. Hazırda Paris klubu finalda Braziliyanın “Fluminense” klubuna 2:0 hesabı ilə  qalib gələn İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.
Seçilən
0
1
yeniavaz.com

2Mənbələr