Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 115,3 min ton neftbitumu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 0,3 min ton və ya 0,3% çoxdur. Ötən ilin birinciyarısında ölkədə 115 min ton neft bitumu istehsal edilmişdi.
Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 13 min tontəşkil edib.
Bununla yanaşı, hesabat dövründə Azərbaycanda 105,3 min ton neftkoksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü iləmüqayisədə 5,8 min ton və ya 5,2% azdır. Ötən ilin müvafiq dövründəölkədə 111,1 min ton neft koksu istehsal edilmişdi.
Cari ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 37,8 minton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalısahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla,əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.