Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un “Traktor”la yoxlama oyununun vaxtı dəqiqləşib.
Redaksiya Apasport-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Turan Tovuz” Təbriz təmsilçisi ilə iyulun 29-da üz-üzə gələcək.
Qeyd edək ki, İran Pro Liqasının son çempionu Traktorla matçın başlama saatı və məkanı isə hələlik müəyyənləşməyib.
Fərid Əlizadə