AZ

Rusiya Çernovtsı vurdu - Ölənlər və yaralananlar var

Rusiya gecə saatlarında Ukraynanın Çernovtsı şəhərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum edib.

Milli.Az rusiya mətbuatına istinadla xəbər verir ki, hücum etməsi nəticəsində 2 nəfər həlak olub, 4 nəfər ağır, 10 nəfər isə yüngül xəsarət alıb.

Hücum zamanı dörd ədəd "Şahed" tipli PUA və bir raketdən istifadə edilib.

Zərbə nəticəsində bir neçə yaşayış binası, mağaza, inzibati bina və avtomobilə ciddi ziyan dəyib. Storojinets icmasında da bir PUA-nın hücumu nəticəsində yaşayış binası və avtomobil zərər görüb, lakin orada tələfat qeydə alınmayıb.

Hazırda bütün müvafiq xidmətlər hadisə yerində fəaliyyət göstərir.

Seçilən
38
32
musavat.com

10Mənbələr