AZ

Papu Qomes İtaliya klubunda

DÇ-2022 ərəfəsində antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən argentinalı vinger Papu Qomes İtaliyanın "Padova" klubu ilə müqavilə imzalayıb.

Oxu.Az B Seriyası təmsilçisinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə müqavilənin müddəti ikiillikdir.

Onun avqustun 19-dan sonra komanda ilə məşqlərə başlaya biləcəyi, buna qədər isə fərdi şəkildə hazırlaşacağı bildirilib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında hücumçudan götürülən dopinq testləri müsbət çıxdığı üçün 2023-cü ilin payızında iki il müddətinə diskvalifikasiya olunmuşdu.

"Cebheinfo.az" 

Seçilən
70
3
cebheinfo.az

6Mənbələr