AZ

Rüfət Abbasov: Yalnız onu deyim ki, üzərimdə daha çox işləyib...

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Artıq bir həftədir təlim məşq toplanışına start vermişik. Hazırlığımız davam edir, gün ərzində bir, bəzən iki məşq olur. Toplanışın ilkin mərhələsi daha çox fiziki məşqlərdir. Çalışırıq ki mövsümə tam hazır olaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Rüfət Abbasov deyib.Gənc futbolçu"Şamaxı"nın yeni transferlərinin komandaya uyğunlaşması problemi olmayacağını bildirib:"Bunu zaman göstərəcək. İnanmıram problem yaransın. Qarşıda 5 yoxlama oyunumuz var və beş matç komandanın bir birinə uyğunlaşması üçün kifayət qədər vaxt sayılır. Bu barədə çox danışmaq istəmirəm. Yalnız onu deyim ki, üzərimdə daha çox işləyib start heyətdə yerimi qoruyub, daimi meydanda olmaq üçün maksimum çalışacam".Qeyd edək ki, "Şamaxı" ötən mövsümü 36 xalla 7-ci pillədə başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
sport24.az

1Mənbələr