AZ

E qaydada imzalanan əmək müqavilələrinin sayı açıqlandı

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqinə bu ilin mart ayında əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya da əlavə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, mobil tətbiqin bu funksionallığı maraqla qarşılanıb və ötən dövrdə “e-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb.

İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaşlar bu müqavilələri elektron qaydada (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) imzalaya bilirlər.Bu yenilik əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
7
bakivaxti.az

8Mənbələr