Motosiklet qəzaları ARTIB: hansı tədbirlər alınmalıdır?
"Skuterlərlə, motosikletlərlə bağlı qəzaların artmasının bir neçə səbəbi var. Bunun başlıca səbəbi xüsusən skuterlərin səssiz olması, idarə edən şəxslərin təhlükəsizlik qaydalarına riayət etməmələridir. Onun bu və digər formada qayda-qanuna əməl etməsi vacib amillərdən biridir. Nəyə görə? Skuter səssiz olduğu üçün qəfil insanlara çırpıla bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
O bildirib ki, digər məsələ isə bu gün motosikletlərlə bağlıdır:
"Bir müddət öncə motosikletlərə nömrələrin verilməsi, sürücülük vəsiqələrinin təmin olunması ilə bağlı müəyyən islahatlar getdi. Sonra bu islahatlar səngidi. Bunun da başlıca səbəbi insanlar tərəfindən birməmalı qarşılanmaması oldu. İnsanlar “biz çörək qazanırıq, çörəyimizdən oluruq” və s. kimi ifadələr işlətməyə başladılar.
Bununla bağlı müəyyən güzəştlər tətbiq olundu. Amma bu da qanunda özünü ehtiva etmir. İnsan özü bu və digər formada qaydaları bilməlidir, ona əməl etməlidir. Hər kəsi cərimələmək, tənbeh etmək, cəzalandırmaq doğru yanaşma deyil".
Əfsanə Kamal
Demokrat.az