Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Havanın 35 dərəcəni keçdiyi yay günlərində avtomobil salonu qısa müddətdə xeyli qızır. Bu, təkcə sizin üçün deyil, həm də maşında unutduğunuz əşyalar üçün təhlükəlidir.
Günəşin şüaları altında qızan avtomobildə bəzən sıradan çıxan təkcə kondisioner olmur - partlayan batareyalardan tutmuş ərimiş kosmetikaya, hətta sağlamlıq üçün təhlükə yaradan kimyəvi reaksiyalara qədər bir çox fəsadla qarşılaşmaq mümkündür.
Bəs, yay aylarında avtomobildə saxlamaq qəti qadağan olunan əşyalar hansılardır? pizza
Yenisabah.az sözügedən əşyaların siyahısını təqdim edir:
1. Elektron cihazlar (telefon, planşet, powerbank və s.)
Günəş altında avtomobilin içində temperatur çox yüksək səviyyəyə qalxır. Bu isə batareyaların qızaraq zədələnməsinə, hətta partlama riskinə səbəb ola bilər.
2. Kosmetik vasitələr
Boya, tuş, tonal krem kimi məhsullar isti havada əriməklə yanaşı, tərkibini də itirir. İstifadəsi dəriyə zərər verə bilər.
3. Dərman preparatları
Dərmanların çoxu +25°C-dən yüksək temperaturda saxlanmamalıdır. İstidə kimyəvi quruluşu dəyişə bilər, bu da onların təsirini azaldır və ya zəhərləyici hala gətirə bilər.
4. Plastik qabda su və ya içkilər
Günəş şüalarının təsirində plastikdən zərərli maddələr suya keçə bilər. Bu da xərçəng riskini artırır.
5. Ərzaq məhsulları və şokolad
Qızmar hava ərzağın tez xarab olmasına səbəb olur. Xüsusilə, şokolad və süd məhsulları mikroorqanizmlərin yaranması üçün “ideal” mühitə çevrilir.
6. Aerosol spreylər (dezdorant, təraş köpüyü və s.)
Bu tip məhsullar yüksək istilikdə təzyiq altında partlaya bilər. Kiçik bir səhv ciddi zədə ilə nəticələnə bilər.
7. Qazlı içkilər
İstiliklə təzyiq artdığından butulkanın qapağı qoparaq qəfil partlaya bilər. Həm maşına ziyan dəyir, həm də yaralanma riski yaranır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.