AZ

Bu ölkədə məhkumlar başqa ölkəyə deportasiya ediləcək

İsveç həbsxanalarındakı sıxlıq səbəbindən məhbuslarını xaricə deportasiya etməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, Stokholm hökuməti Estoniyada 600 həbsxana sahəsini icarəyə götürməyi planlaşdırır. Bu addım ölkənin cinayət ədliyyə sistemində əhəmiyyətli dəyişikliyi göstərir.

Bildirilir ki, İsveç Ədliyyə Nazirliyi Həbsxanalar və Probasiya Xidmətinə Estoniyada potensialın istifadəsi üçün "lazımi hazırlıqların görülməsini" tapşırıb. İyun ayında Stokholm və Tallin administrasiyaları arasında imzalanmış saziş Baltikyanı ölkənin həbsxanalarında 600 məhbus üçün yer ayrılmasını nəzərdə tutur.

İsveç Həbsxana Xidmətinin son hesabatına görə, 2024-cü ilə qədər 7800-ə yaxın olan məhbusların sayı daha sərt cəza sanksiyaları ilə 2034-cü ildə 41.000-ə yüksələ bilər. 

Seçilən
10
unikal.az

1Mənbələr