İsraillə müharibədən sonra həbs olunan bir sıra İran vətəndaşları casusluqda ittiham olunur.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir bildirib.
Əsgər Cahangir bir neçə nəfərin casusluq ittihamı ilə həbs edildiyini və onların işlərinə baxıldığını bildirib:
“Həbs edilənlərdən bəziləri casusluqda ittihamı olunur və onların işlərinə növbədənkənar baxılacaq”.
O, təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, İslam Respublikası ilə İsrail arasında 12 günlük müharibədən sonra yüzlərlə İran vətəndaşı naməlum ittihamlarla həbs edilib. Onların harada və hansı şəraiti olması barədə məlumat yoxdur.
"Cebheinfo.az"