AZ

Türkiyədə meşə yanğını səbəbindən iki məhəllə boşaldılıb

İstanbul, 12 iyul, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Bursa ilə Balıkesir vilayətləri sərhədində dünən başlayan meşə yanğınlarına müdaxilə davam edir.

AZƏRTAC xəbər verir ki, qabaqlayıcı tədbirlər çərçivəsində bölgədə iki məhəllə boşaldılıb.

Balıkəsir valisi İsmail Ustaoğlu verdiyi açıqlamada yanğına səbəb olduqları iddia edilən 2 nəfərin saxlanıldığını bildirib.

Hazırda həm havadan, həm də qurudan alovla mübarizə davam edir.

Seçilən
8
3
azertag.az

10Mənbələr