AZ

Banklarda kibertəhlükəsizlik problemi: Müştəri seçimini dəyişə bilər

“Böyük bankların səviyyəsi bir qayda olaraq, eynidir. Bank xidməti nöqteyi-nəzərindən isə vəziyyət elə də yaxşı deyil. Kibertəhlükəsizliklə bağlı yaranan problemlər müştəriləri daha çox orta seqment banklara sövq edə bilər”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Əkrəm Həsənov deyib. 

O bildirib ki, kredit məsələlərində bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar banklar üçün elə də ciddi rəqib deyil: Toyuqlu pizza

“Vətəndaş onsuz da məcburdur pul köçürmələri və digər əməliyyatları banklarla etsin. Hər bir halda BOKT və lombardlarda kredit faizləri yüksəkdir. Bank əksinə, nisbətən aşağı faizlə kredit təklif edir”. 

Əş Həsənov qeyd edib ki, kibertəhlükəsizliklə bağlı yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsi üçün banklar arasında sağlam rəqabət olmalıdır:

“Böyük bankların müştəri bazası bir qayda olaraq, süni yolla toplanır. Maaş və pensiya kartları hesabına. Onların demək olar ki, bu banklarda cəmləşib. Yəni iri banklarla öz xoşu ilə əməkdaşlıq edən müştərilər elə də çox deyil. Mərkəzi Bank bu məsələlərin tənzimlənəcəyinə söz verib. Amma məsələnin həlli üçün zamana ehtiyac var”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
11
2
yenisabah.az

3Mənbələr