Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.
Operativ Media xəbər verir ki, Tovuz rayon təmsilçisi iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.
Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.