"Gent"in futbolçusu Arçi Braun seçimini edib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi "Milan"ı yox, "Fənərbağça"nı seçib.

Bu barədə italiyalı insayder Di Marzio məlumat yayıb.

"Fənərbağça" ingilis futbolçu üçün "Gent"ə 8 milyon avro ödəyəcək.

A. Braunun bu gün İstanbulda olacağı gözlənilir. O, tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.