Klubların iyul ayı üçün dünya reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, IFFHS-in cədvəlində planetin 500 ən yaxşı komandası yer alıb.
Siyahıda Azərbaycanın da 4 klubu yer alıb.
“Qarabağ” 137,25 xalla dünyada 131-cidir. Ölkə çempionumuz ötən ayla müqayisədə 12 pillə geriləyib.
“Zirə” 95,75 xalla 232-ci mövqedə yerini qoruyub. 4 pillə irəliləyən “Sabah” 76 xalla 317-cidir.
Dünya reytinqində yer alan “Araz-Naxçıvan” 61,25 xalla 439-cudur. Naxçıvan təmsilçisi 7 pillə önə keçib.
Qeyd edək ki, cədvələ 480 xalla “Real” (Madrid) başçılıq edir.
İdman.biz