AZ

“Zirə”nin növbəti sınağı

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv İordaniyanın “Əl-Hüseyin” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da Fanatik Tur Meydançalarında baş tutacaq.

“Zirə” daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub – 2:1.

Seçilən
6
1
futbolpress.az

4Mənbələr