BAKI, 12 iyul. TELEQRAF
Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 655,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti materiallarının istehsalı 5,9 faiz azalıb.
Dövr ərzində sementin istehsalı 4 faiz, betonun istehsalı 6,1 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatlarının istehsalı 11,5 faiz, asfaltın istehsalı 27,5 faiz, əhəngin istehsalı isə 30,6 faiz azalıb.