AZ

Nazir müavini: Cənub Qaz Dəhlizi ilə qaz təchizatımızı artırmaq niyyətindəyik - VİDEO

Nazir

“Cənub Qaz Dəhlizi ilə qaz təchizatımızı artırmaq niyyətindəyik”.

"APA-Economics" xəbər verir ki, bunu APA TV-yə müsahibəsində energetika nazirinin müavini Orxan Zeynalov deyib.

O bildirib ki, Azərbaycanın bunun üçün böyük potensialı var. Ölkənin 2,6 trilyon kubmetr təsdiq edilmiş ehtiyatları var.

Orxan Zeynalov əlavə edib ki, region ölkələri, xüsusilə də Mərkəzi Asiyada Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələr də böyük ehtiyatlara malikdir.

“Bu baxımdan Azərbaycanın tranzit rolu genişlənəcək. Biz bunu yaşıl enerji konnektoru misalında görürük. Hazırda Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizi layihəsi işlənir”, - nazir müavini əlavə edib.

Seçilən
3
2
xalqcebhesi.az

3Mənbələr