AZ

"Sabah"ın rəqibi qapıçısı ilə yollarını ayırdı - RƏSMİ

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye"də ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi qapıçı Matyaj Rozman yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı sloveniyalı qolkiperin klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Matyaj Rozman 2016-cı ildən "Çelye"də çıxış edirdi. Təcrübəli "əlcək sahibi" komandanın heyətində 208 rəsmi maatçda meydana çıxıb.

Qeyd edək ki, "Sabah" Bakıda keçirilən ilk oyunda "Çelye"yə 2:3 hesabı ilə məğlub olub. Bu komandalar arasındakı cavab görüşü isə iyulun 17-də Sloveniyada baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
14
sportal.az

1Mənbələr