Azərbaycanın 3×3 basketbolu üzrə qadınlardan ibarət yığması Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Dünya Seriyasında daha bir qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, milli komandamız C qrupunda Sinqapura 22:10 hesabı ilə qalib gəlib.

Basketbolçularımız qrup mərhələsində növbəti görüşü bu gün saat 21:15-də Ukrayna kollektivinə qarşı keçirəcəklər.

Qeyd edək ki, yığmamız dünən təsnfat mərhələsində Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) klublarını üstələmişdi.