AZ

"Sabah"ın rəqibi qapıçısı ilə yollarını ayırdı

BAKI. 12 iyul. TELEQRAF

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi Sloveniyanın "Tsele" komandası qapıçısı Matyaj Rozmanla vidalaşıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı qapıçı 9 il çıxış etdiyi kollektivdən öz istəyi ilə ayrılıb.

Onun karyerasını hansı komandada davam etdirəcəyi açıqlanmır.

Qeyd edək ki, Matyaj Rozman "Tsele"nin heyətində 208 oyunda forma geyinib, 2 dəfə Sloveniya çempionu və 1 dəfə ölkə kubokunun sahibi olub.

Seçilən
23
teleqraf.com

1Mənbələr