Növbəti mövsüm İngiltərəni Avropa Liqasında təmsil etməli olan "Kristal Pelas"a icazə verilməyib.

Offsideplus.az xəbər verir ki, onlar Konfrans Liqasında mübarizə aparacaq. Buna səbəb Avropa Liqasında çıxış edəcək "Lion"la "Kristal Pelas"ın sahiblərinin eyni olmağıdır - Con Tekstor.

UEFA ona görə bu iki komandanın eyni turnirdə iştirakına imkan verməyib.

Qeyd edək ki, "Kristal Pelas" başa çatan mövsüm İngiltərə kubokubu qazanaraq Avropa Liqasına vəsiqə əldə etmişdi. Onların yerinə bu turnirdə "Nottingem Forest" çıxış edəcək.