sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Sport24.az-a müsahibəsi- Yeni mövsümdə karyeranla bağlı planların nədir? Polşa təmsilçisi "Radomyak" işlər niyə istədiyin kimi alınmadı?- "Radomyak"la müqaviləm davam edir. Yaxşı təklif olsa, klubumu dəyişəcəyəm. Siz də bilirsiniz ki, baş məşqçi məni oynatmadı. Heç nə olmasa da, 1 illik sözləşməm qalıb. Ora gedəcəyəm və işimi görəcəyəm.- Sənin "Radomyak"dan ayrıldığın mətbuatda yazılmışdı...- Xeyr. Polşa klubundan ayrılmamışam. Yazılanlar səhv məlumatdır. - Klubda qalmaq ehtimalın nə qədərdir?- Futbolsuz qalmayacağam. Bildiyiniz kimi Azərbaycanda da legioner limiti ləğv olunub. Azərbaycanlı futbolçu kiməsə lazımdırmı? Bilmirəm. - Yerli klublarımızdan təklifin varmı?- Hələlik bu məsələyə toxunmaq istəmirəm. Hər şey ola bilər. Polşada qala və ya ölkəmə qayıda bilərəm. Yenə xatırladıram. Klubumla birillik müqaviləm qalır. - Yığmadakı komanda yoldaşın Renat Dadaşovun "Radomyak"dan ayrılmasını necə qarşıladın?- O, altı aylıq müqavilə imzalamışdı. Sözləşməsi bitəndən sonra da vidalaşdı.- Ona yeni müqavilə təklif olunmadı?- Bilmirəm. Bu, onun agentinin və özünün şəxdi işidir. - Renatla münasibətiniz necə idi?- Münasibətimiz var. Amma karyerası ilə bağlı məlumatım olsa, da demərəm. - Polşanın başqa klublarından birinə keçə bilərsənmi?- Bunu əvvəlcədən deyə bilmərəm. Yaxşı təklif olsa, dəyərləndirmək mümkündür. Bəlkə Azərbaycandan yaxşı təklif aldım. Hələlik karyeramla bağlı məsələlər açıq qalıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.