AZ

Maşın almaq istəyənlərə şad xəbər Köhnə maşın qiymətinə yenisi SATILIR

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Bir vaxtlar ikinci əl avtomobil bazarı daha sərfəli alternativ kimi qiymətləndirilirdi. Lakin indi bəzi hallarda bu maşınların qiyməti yeni avtomobillərlə yarışır, bəzən isə onları belə geridə qoyur. Bəs bu bahalaşmanın əsas səbəbi nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, qiymətlərə bir çox amillər təsir edir:

“Ölkədə avtomobil parkının yenilənməsi istiqamətində mühüm qərar qəbul edilib. Yeni qaydalara əsasən, artıq ölkəyə idxal edilən avtomobillərin istehsal tarixi 10 ildən artıq olmamalıdır. Bu qərar bir tərəfdən köhnə və ucuz avtomobillərin bazara daxil olmasının qarşısını alır, digər tərəfdən isə avtomobil qiymətlərində artıma səbəb olub. pizza mizza

Bununla yanaşı, gömrük rüsumları və bəzi aksiz vergiləri də mühərrik həcminə uyğun olaraq artırılıb. Bu da iri mühərrikli avtomobillərin sahib olmaq istəyənlər üçün əlavə maliyyə yükü deməkdir.

Digər tərəfdən, son dövrlərdə bazara qiymət baxımından daha sərfəli olan Çin istehsalı avtomobillərin daxil olması vəziyyətə yeni nəfəs gətirib. Artıq bir çox alıcı köhnə avtomobil almaqdansa, təxminən eyni məbləğə yeni və zəmanətli avtomobil almağa üstünlük verir. Bu isə bazarda mühüm bir tendensiyanın formalaşmasına gətirib çıxarıb: istifadə olunmuş avtomobillərə maraq azalır, yeni modellərə isə tələbat artır”.

Ekspert bu prosesi müsbət qiymətləndirir:

“Uzun illərdir ki, Azərbaycan bazarına əsasən Avropa, Koreya və Yaponiya kimi ölkələrdən istifadə olunmuş avtomobillər gətirilirdi. Bu avtomobillər həmin ölkələrdə bir neçə il sürüldükdən sonra bizə satılırdı. Nəticədə isə avtomobil parkımız getdikcə köhnəlirdi. Lakin yeni qərarlar və məhdudiyyətlər bu prosesə ciddi şəkildə təsir edib. Artıq köhnə avtomobillərin idxalı azalır, yerini isə daha yeni, ekoloji və texniki baxımdan daha dayanıqlı nəqliyyat vasitələri tutur.

Ümumilikdə, bu addım ölkədə nəqliyyat təhlükəsizliyi, ətraf mühitin qorunması və texniki baxımdan saz avtomobil parkının formalaşdırılması baxımından müsbət qiymətləndirilir”.

Aytac Əliyeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
3
yenisabah.az

4Mənbələr