2025-ci ilin iyununda Rusiyada illik inflyasiya 2025-ci ilin mayındakı 9,88%-ə qarşı 9,4% təşkil edib.
Banco.az xəbər verir ki, məlumata görə, aylıq ifadədə istehlak qiymətləri 0,2% artıb.
Statistikaya əsasən, iyun ayında ərzaq məhsulları əvvəlki ayla müqayisədə 0,11%, illik ifadədə isə 11,91% bahalaşıb.
Qeyri-ərzaq məhsullarının qiymətləri aylıq ifadədə 0,03% azalıb, illik ifadədə isə 4,47% artıb.
Xidmətlərin dəyəri 2025-ci ilin iyun ayı ilə müqayisədə 0,59%, illik ifadədə isə 12,02% artıb.