AZ

Rusiya benzin ixracına qadağa qoya bilər

Rusiya benzin ixracına əvvəlki məhdudiyyətlərini genişləndirməyi planlaşdırır.

Banco.az xəbər verir ki, baş nazirin müavini Aleksandr Novak benzin ixracına tam qadağa qoyulmasını nəzərdən keçirdiklərini açıqlayıb.

Novak Rusiyanın Almetyevsk şəhərində jurnalistlərə açıqlamasında yanacaq sektoru ilə bağlı qiymətləndirmələr edib.

Novak, Rusiyanın yanacaq sektorundakı inkişafları yaxından izlədiklərini açıqlayaraq, qeyd edib ki, tələblərin artdığı bu dövrdə istehsalçılara da ixrac qadağası tətbiq etdik. Ona görə də uyğun görsək və vəziyyət bunu tələb edərsə, ixrac qadağası tətbiq edəcəyik.

Rusiya hökuməti fevralın 20-də qəbul etdiyi qərarla benzinin ixracına qoyulan məhdudiyyətləri avqustun 31-dək uzadıb. Rusiyada benzinin qiymətləri neft emalı zavodlarının pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən vaxtaşırı artımlar yaşayır .

Seçilən
11
banco.az

1Mənbələr