“Trampın ritorikasının tonun dəyişməsinə görə bir az həyəcan, lakin biz bunun ciddi hərəkətə çevrildiyini görmürük”,- mənbələrdən biri deyib.
Nəşrin yazdığına görə, Amerika istehsalı olan “Patriot” zenit-raket kompleksləri Ukraynanın müdafiəsi üçün həlledici əhəmiyyətə malikdir.
![]() |
ABŞ Kiyevə “Patriot” sistemləri verməyəcək| VİDEO |
Xatırladaq ki, iyulun 1-də ABŞ Ukraynaya silah tədarükünü, xüsusilə, döyüş bölgəsinə "Patriot" sistemləri, yüksək dəqiqlikli döyüş sursatları, zenit raketləri və 155 mm-lik artilleriya mərmilərinin göndərilməsini dayandırmışdı. Pentaqon bildirmişdiki, Ukrayna böhranı və Yaxın Şərqdəki əməliyyatlar fonunda Vaşinqton hərbi texnika və sursatlarının tükənməsi ehtimalına görə ehtiyatları yoxlamalıdır.
Ondan bir həftə sonra Donald Tramp Zelenskiyə dərhal Ukrayna qoşunlarına "Patriot" sistemləri üçün 10 raket verəcəyini vəd edib. O, həmçinin əlavə təchizat kanallarının tapılmasında Kiyevə kömək etməyə hazır olduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az