BAKI, 12 İyul. TELEQRAF
Azərbaycanda ötən gün polis tərəfindən narkotik vasitələrin aşkar olunması ilə bağlı bir sıra tədbirlər görülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də ümumi çəkisi 2,5 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, həmçinin yabanı halda bitmiş 4 tona yaxın çəkidə 6215 ədəd çətənə isə məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.