ABŞ Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarılıb.
Viral.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl işdən çıxarılacaqları ilə bağlı xəbərdarlıq edilmiş əməkdaşlar üçün iyulun 11-i son iş günü olub.
Əşyalarını toplayaraq departament binasını tərk edən əməkdaşları digər iş yoldaşları kompleksin qarşısında alqışlayaraq yola salıblar.
Son Yazılar:
- Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarılıb
- Beyləqanda 9 nəfər saxlanılıb
- Bakıda avtomobil yanıb – VİDEO
Qeyd edək ki, bu ilin mayında ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentinin heyətinin sayının şişirildiyini və bürokratiya tərəfindən boğulduğunu demişdi. Kütləvi ixtisarların da ABŞ-nin xarici siyasətdəki həyata keçirdiyi yenidənqurmanın tərkib hissəsi olduğu bildirilir.